Neftin və dolların bu günə qiyməti

Neftin və dolların bu günə qiyməti
05:56 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Dünya bazarlarında neftin qiymətində cüzi ucuzlaşma olub.

ANS PRESS-in məlumatına görə, dünən 31.14 dollar olan “Brent” markalı neftin qiyməti bir neçə sent ucuzlaşaraq 30.31 dollar olub.

“Texas” markalı neftin qiyməti də bir qədər ucuzlaşıb. Belə ki, ötən gün səhər 30.84 dollar olan “Texas” (WTI) markalı neftin bir barelinin qiyməti 30.66 dollara düşüb.


Mənbə: Bloomberg

“AzəriLayt” markalı neft isə 0.89 dollar ucuzlaşıb. Bir barelin qiyməti 31,92 dollar təşkil edib.

Qızılın qiymətində isə cüzi bahalaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qiymətli metalın 1 qramı 35,15 dollardır. Ötən gün isə 34,87 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0.45 dollar müəyyənləşib.


Mənbə: Bloomberg

Yanvarın 13-nə AMB-nin USD/AZN rəsmi məzənnəsi 1,5682 səviyyəsində olub. Avronun məzənnəsində də cüzi ucuzlaşma qeydə alınıb. Avro 1.6980 manat, Rusiya rublu isə cüzi ucuzlaşma ilə 0.0203 manata enib.

AMB-dən verilən məlumata görə, Mərkəzi Bankın 14.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5706 səviyyəsində müəyyən olunub.


Mənbə: Azərbaycan Mərkəzi Bankı


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369663

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR