Bakı. 14 yanvar. REPORT.AZ/ ABŞ-ın Oklaxoma ştatının cənub-qərbində "Continental Resourcesneft" şirkətinə məxsus neft buruğu yanıb.
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı 20 yük maşınına və müxtəlif neft avadanlıqlarına ciddi ziyan dəyib.
Zərərçəkənlər barədə məlumat verilmir.
Hadisə yerinin yaxınlığında yerləşən yollarda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.