Avtomobil nəhənginin səhmləri bahalaşdı

Avtomobil nəhənginin səhmləri bahalaşdı
07:06 14 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştastlarının (ABŞ) avtomobil nəhəngi “General Motors”un səhmləri yüksəlib. ANS PRESS-in məlumatına görə, şirkətin səhmləri 0.6 faiz dəyər qazanıb. Səhmdarlar şirkətin 2016-cı il üçün proqnozlarına müsbət reakisya veriblər.

Amerikanın ən böyük avtomobil istehsalçısı bu il gəlirlərinin artacağını açıqlayıb. Rəhbərlik 2017-ci ilin sonuna qədər səhmdarlarına 16 milyard dollar qazandırmağı planlaşdırır.

“Biz strateji planın icra olunmasında vacib irəliləyiş əldə etmişik və bu qazancımızın artmasında özünü göstərir.” – deyə şirkətin baş dirketoru Meri Bara belə qeyd edib.

“General Motors”un rəqiblərindən olan “Ford”un səhmləri isə, 3.5 faiz dəyər itirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369664

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR