Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Alp dağlarında qar uçqunu faciəsi: ölənlər var (VİDEO)

Alp dağlarında qar uçqunu faciəsi: ölənlər var (VİDEO)

Avstriyada qar uçqunu: 2 ölü (18 Mart 2017 08:47)
Avstriyada qar uçqunu: ölənlər var (18 Mart 2017 05:09)
Kurort zonasında qar uçqunu - 1 nəfər öldü (18 Mart 2017 00:58)

Tarix: 14 Yanvar 2016 07:26

Fransada Alp dağlarında şagird qrupu qar uçqununa düşüb. ANS PRESS-in “Eurows”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 məktəblinin öldüyü 5 nəfərin itkin düşdüyü bildirilir. 2 nəfər isə ağır xəsarət alıb. Ölənlərdən biri ukraynalı turistdir. Hazırda itkin düşənlərin axtarışları davam etdirilir.

Axtarış xilasetmə əməliyyatlarına 60-dan çox xilasedici cəlb olunub. Həmçinin, 4 helikopter də əməliyyatlara dəstək verir.

Qar uçqununa səbəb digər qrupların xizək sürməsi olub. Rəsmilər şagird qrupun təhlükəli yerlərdə xizək sürdüklərini bildiriblər.

Faciə barədə məlumat verən bölgə meri ölən şagirdlərin 14 yaşında olduqlarını bildirib.



Teqlər:  Alp dağlarında qar uçqunu faciəsi ölənlər var VİDEO



RƏYLƏR


Top xəbərlər