Montyorun qorxunc ölümü (VİDEO, FOTO)

Montyorun qorxunc ölümü (VİDEO, FOTO)
07:31 14 Yanvar 2016
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkədə qandonduran faciənin görüntüləri yayılıb.

ANS PRESS-in məlumatına görə, kadralarda elektrik işçisinin qorxunc ölümü təsvir olunur.

Harda baş verdiyi qeyd olunmayan görüntülərdə qəza səbəbindən yüksək gərginlik xəttinin keçdiyi elektrik dirəyinə çıxan işçi faciəvi şəkildə yanaraq həyatını itirib. Elektrik cərəyanını təmir edən işçi yaşanan partlayış nəticəsində həm yanıb həm də yüzlərlə metrlik yüksəklikdən yerə çırpılıb.

Analoji hadisə ötən il mayın 6-da Daşkəsən rayonunda baş verib. Rayon Elektrik şəbəkəsinin işçisi Vahid İbrahimov faciəvi şəkildə ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, V.İbrahimov rayonun Xoşbulaq kəndinin ərazisində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində vəfat edib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369640

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR