Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Meksikada yük maşınında 142 miqrant aşkarlandı

Meksikada yük maşınında 142 miqrant aşkarlandı

Date: 14 January 2016 07:34

Meksika polisi paytaxt Mexiko yaxınlığında içərisində 142 miqrantın olduğu yük maşınını aşkarlayıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Mərkəzi Amerika ölkələrindən gələn qeyri-qanuni miqrantar Meksikanın şimalındakı Monterrey şəhərinə, oradan isə ABŞ ərazisinə keçməli imişlər.

 

Yük maşını Meksikanın Verakrus şəhərindən yola düşüb. Hadisə ilə əlaqədar avtomobilin sürücü daxil olmaqla, 4 nəfər saxlanılıb. Onlar insan alveri və miqrantların qanunsuz daşınmasında şübhəli bilinirlər.


Tags:  Meksikada yük maşınında 142 miqrant aşkarlandı

RƏYLƏR


Top news