Türkiyədə polis bölməsinə silahlı hücum olub, 5 nəfər ölüb, 36 nəfər yaralanıb - FOTO

Türkiyədə polis bölməsinə silahlı hücum olub, 5 nəfər ölüb, 36 nəfər yaralanıb - FOTO
07:37 14 Yanvar 2016
13 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda PKK terrorçuları polis bölməsinə silahlı hücum edib.
 
APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, partlayış terrorçular tərəfindən törədilib.
 
Əraziyə çox sayda polis və təcili yardım cəlb edilib. Polis bölməsinin binasına, ətrafdakı evlərə və ofislərə ciddi ziyan dəyib, bəzi küçələrdə elektrik enerji kəsilib.
 
Hadisə yerindən qaçan  terrorçuların yaxalanması üçün bölgədə əməliyyatlar davam edir.

Baş verən terror aktı nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 36 nəfər yaralanıb.

BBC xəbər verir ki, terrorçular polis bölməsinin yaxınlığında minalanmış avtomobili partladıb, daha sonra binanı qumbaraatanlardan atəşə tutublar.
 
Bildirilir ki, terrorçular eyni anda üç müxtəlif yerə -  polis şöbəsi, jandarm idarəsi və polis əməkdaşlarının xidməti mənzillərinə hücum edib. Xəstəxanalara yerləşdirilən yaralılardan vəziyyəti ağır olanlar var.
 
Qeyd edək ki, hadisə ilə bağlı rəsmi məlumat hələ ki, verilməyib.
 
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR