Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Maqbet Bünyadov: “Tələsik verilən qərardır”

Maqbet Bünyadov: “Tələsik verilən qərardır”

Date: 14 January 2016 07:42

"Ümid edirəm ki, Azər Paşa Nemətov "Azdrama"nı düşdüyü vəziyyətdən çıxaracaq". 

Milli.Az bildirir ki, bunu aznews.az-a açıqlamasında Akademik Milli Dram Teatrının sabiq direktoru Maqbet Bünyadov deyib. O, qeyd edib ki, teatr sahəsində hazırda ürək ağrıdan məsələlər çoxdur: "Əsas odur ki, teatr dil-ağıza düşməsin. Düşdüsə oradan çıxmaq çətin olur. Gərək teatrda hər xırdalıqlara nəzarət edə biləsən. Təcrübəmdən asılı olaraq İsrafil İsrafilov haqqında bəlkə də söz deyə bilərəm, amma Azər Paşa Nemətov haqqında danışmayacağam. Ümid edirəm ki, o, "Azdrama"nı düşdüyü vəziyyətdən çıxaracaq. Mən ona sadəcə uğurlar arzulayıram".

M.Bünyadovun fikrincə, onun Akademik Milli Dram Teatrının direktor vəzifəsindən kənarlaşdırılması tələsik verilən qərar olub: "Gərək tələsməyəydilər. Amma etiraf edim ki, mən o teatrdan vaxtında getdim. Kollektivin yanında hörmətim var. Məncə yaxşı direktor üçün bundan gözəl heç nə ola bilməz. Gərək elə işləyəsən ki, arxanca danışıb gileylənməsinlər".

Milli.Az


Tags:  Maqbet Bünyadov Tələsik verilən qərardır


RƏYLƏR


Top news