Bu il bizi nə gözləyir?

Bu il bizi nə gözləyir?
07:42 14 Yanvar 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Neft qiymətlərinin daha da aşağı düşməsi, Çində iqtisadi durğunluğun artması, Braziliyanın iqtisadi tənəzzül riski ilə üzləşməsi ilə qlobal iqtisadiyyatın vəziyyəti daha da gərginləşir.

İqtisadi proqnozlaşdırma heç də asan iş deyil. Dünya maliyyə böhranından götürülmüş bir dərs varsa, o da ən müasir modellərlə təchiz olunmuş şəxslərin belə bəzən təəccübləndirici dərəcədə yanlış proqnozlar verə biləcəkləridir.

Buna görə də həm təvazökar, həm də narahat bir şəkildə ötən həftə verdiyim vədi yerinə yetirib 2016-cı il üçün proqnozlar verməyə çalışacağam. Bütün səmimiyyətimlə onu deyə bilərəm ki, heç kim gələcəkdə nələr olacağını bilmir və bunun əksini söyləyən də yalan deyirlər.

Məşhur araşdırmaçı Larri Elliot The Guardian-da dərc etdirdiyi "2016 will be a year of living dangerously for the global economy" məqaləsində bildirir ki, baş verə biləcəklərlə bağlı düşüncələri belədir: sürətlə yüksələn aktiv qiymətləri üzərində qurulan bərpa, qazancların zəif artımı və artan şəxsi borclar yeni bir maliyyə böhranına aparır - ancaq bu, hələ növbəti 12 ay ərzində baş tutmayacaq. Əksinə, 2016-cı ildə çatlaqların üstü örtüləcək və köhnə problemlər yenidən üzə çıxana qədər bir qədər vaxt keçəcək.

Bəs səbəb nədir? Ötən ay ən çox danışılan məsələ ən son 2004-cü ildə müşahidə olunmuş səviyyəyə qayıdan neft qiymətlərinin kəskin şəkildə düşməsi oldu. Bunun qlobal iqtisadiyyat üçün iki faydalı təsiri var. Bu, həm enerjidən istifadə edən ev təsərrüfatı və bizneslə məşğul olanlar üçün əlavə alıcılıq qabiliyyəti təmin edir, həm də inflyasiyanı aşağı səviyyədə saxlayır.

Neft qiymətlərinin düşməsi və buna cavab olaraq, xərclərin artması arasında həmişə müəyyən gecikmə olur. Bunun bir səbəbi isə odur ki, insanlar aşağı qiymətlərin davam edəcəyindən əmin olmaq istəyirlər. Bununla belə, 2014-cü ilin avqustunda 115 dollarla zirvəyə çatan xam neft qiymətlərinin kəskin şəkildə azalmağa başlamasının üstündən 16 ay keçib və qiymətlər indiki səviyyədən də aşağı düşə bilər. Neft karteli OPEC-in istehsalı azaltmaqla bağlı razılıq verməməsi ilə gələn ilin ilk aylarında qiymətlərin bir barrel üçün 30 dollardan da aşağı düşməsi ehtimalı olduqca yüksəkdir.

Bunun təsiri inflyasiyanın dünyanın əsas mərkəzi banklarının gözlədiyindən də aşağı səviyyədə saxlanılması olacaq. ABŞ Federal Ehtiyat Sistemi, İngiltərə Bankı və Avropa Mərkəzi Bankı neft və digər əmtəə qiymətlərinin artıb-azalmasını nəzərdən keçirdiklərini və faiz dərəcələri ilə bağlı qərarları baza inflyasiyaya təsir göstərən amillər əsasında verdiklərini iddia edirlər. Baza inflyasiyada isə enerji və ərzaq qiymətləri nəzərə alınmır.

Ancaq hər hansı səbəbdən, inflyasiya səviyyəsi rəsmi proqnozlara uyğun gəlmədikdə faiz dərəcələrini qaldırmaq daha çətin olur. Daha önəmlisi isə, neftin ucuzlaşması nəticəsində inflyasiya səviyyəsinin düşməsi əmək haqqı səviyyəsinə də təsir göstərir. Böhrandan əvvəlki illərdə, Britaniyada inflyasiyanın, müntəzəm olaraq, hökumətin hədəf seçdiyi 2 faiz səviyyəsində olduğu dövrdə əmək haqqı 4 faiz artırılırdı. İndi isə inflyasiya sıfırda olduğuna görə, əmək haqqının 2 faizdən çox artırılması üçün heç bir səbəb görülmür.

Beləliklə, gələn il üçün birinci proqnoz odur ki, həm inflyasiya, həm də faiz dərəcələri hal-hazırda gözlənildiyindən daha uzun müddət aşağı səviyyədə qalacaq. Bu ayın əvvəli, demək olar, on il içində ilk dəfə faiz dərəcələrini qaldıran Federal Ehtiyat Sistemi növbəti addımında son dərəcə ehtiyatlı davranacaq. İngiltərə Bankı birinci cəhdini təxirə salacaq. Aşağı faizlə alınan pul həm borcları artıracaq, həm də bir müddət artımı gücləndirəcək.

2016-cı ilin növbəti mövzusu Çin olacaq. Belə ki, burada əsas məsələ artım sürətinin azalıb-azalmayacağı yox, nə qədər azalacağıdır. Dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib olan ölkənin vəziyyəti ilə bağlı müxtəlif ekspert rəyləri vardır. Bəzi analitiklər Pekinin hər şeyi nəzarəti altına aldığını, digərləri isə qeyri-məhsuldar istehsal zavodu və spekulyativ daşınmaz əmlaka həddindən artıq investisiya qoyan ölkənin çətin vaxtlardan keçdiyini bildirirlər.

Etibarsız iqtisadi statistik məlumatlara görə ad qazanmış böyük bir ölkə olan Çində tam olaraq nə baş verdiyini söyləmək çətindir. Rəsmi məlumatlarda iqtisadiyyatın hər il 7 faizə qədər böyüdüyü deyilsə də, elektrik enerjisi istehlakı və dəmiryolu yük daşınması ilə bağlı məlumatlarda bu göstəricinin əslində daha aşağı olduğu göstərilir.

Ancaq inkişaf etmiş qərb ölkələrində rəsmi faiz dərəcələrinin sıfır olduğu halda, Çində hələ də 4 faizdən yuxarıdır. Bu isə Çin Xalq Bankına artımı stimullaşdırmaq istədiyi halda borc öhdəlikləri üzrə xərcləri azaltmaq fürsəti verir. Çinin ixrac qiymətlərini ucuzlaşdırmaq üçün valyuta məzənnəsi də azaldıla bilər. Ölkənin eyni zamanda dövlət xərclərini artırmaq imkanı da vardır.

Ötən altı il ərzində avrozona qələbə qazanmaq üzrə ikən məğlub olaraq qüsursuz bir qabiliyyət nümayiş etdirib. Hər dəfə böhran bitir dedikdə başqa bir problem üzə çıxıb. 2016-cı ildə "belə problem" borc və sərt iqtisadi tədbirlər içində qalmış Yunanıstan, başsız qalmış İspaniya, ya da can çəkişən Fransa ola bilər.

Bununla belə, avrozonanın 2017-ci ilə yeni bir problem olmadan keçə bilmə ehtimalı da var. Bunun üçün bir neçə səbəb göstərilir. Birincisi odur ki, avrozona ABŞ və Britaniyada ciddi pul siyasətinin gecikdirilməsindən və Çində artımyönlü tədbirlər görülməsindən faydalana bilər. İkincisi, Avropa Mərkəzi Bankı pul kütləsinin artmasının bankları borc verməyə təşviq edəcəyi ümidi ilə monetar genişlənmə siyasətini davam etdirəcək. AMB eyni zamanda ixracı artırmaq üçün avronun dəyərini azaltmaq niyyətindədir, bu isə Federal Ehtiyat Sistemi faiz dərəcələrini gözlənilən sürətlə qaldırmayacağı halda daha çətin ola bilər. Avro ilə nisbətdə dolların dəyərinin düşməsi ehtimalı daha yüksəkdir, nəinki qalxması.

Qlobal iqtisadiyyat üçün ən böyük risk inkişaf etməkdə olan, xüsusilə də, əmtəə qiymətlərinin düşməsindən təsirlənən ölkələrdən gəlir.

Braziliya buna misal ola bilər. Latın Amerikasında ən böyük iqtisadiyyata malik olan bu ölkə ciddi problemlə üz-üzədir. Belə ki, Braziliyada iqtisadiyyat 1930-cu illərdən bəri ən yüksək sürətlə kiçilir, inflyasiya səviyyəsi 10 faizdən yüksəkdir, valyuta kəskin şəkildə dəyərdən düşüb və maliyyə naziri bu yaxınlarda istefa verib. Beynəlxalq Valyuta Fondunun bura səfəri labüddür.

Tarix təkrarlanmaq üzrədir, çünki 2008-ci il böhranına səbəb olan hadisələr də qlobal iqtisadiyyat ətrafında başlamışdı.

Orxan Hun
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Təl-Əvivdə şou-rum - FOTO

30 Aprel 2017 01:32

Estoniyada 5 min ev işıqsız qalıb

30 Aprel 2017 01:29

Yeni nəsil elektrik maşınlarının istehsalı çətinləşir

30 Aprel 2017 01:18

Şəhriyar Məmmədyarov Vüqar Həşimovun xatirə turnirində ilk məğlubiyyətlə üzləşib

30 Aprel 2017 01:02

Məşhurlar uşaq əmizdirərkən

30 Aprel 2017 01:00

Xaçmazda yanğın olub

30 Aprel 2017 00:55

Maşın 11 yaşlı uşağı vurub komaya saldı

30 Aprel 2017 00:49

"Bavariya"dan ardıcıl 5-ci çempionluq

30 Aprel 2017 00:48

Kubada hərbi təyyarə qəzaya uğradı

30 Aprel 2017 00:47

Polis müştəri saç ustası tərəfindən döyüldü

30 Aprel 2017 00:31

Türkiyədə "Wikipedia"ya giriş bağlanıb

30 Aprel 2017 00:22

İntihara əl atan qadını polis xilas etdi

30 Aprel 2017 00:16

Polad Bülbüloğlu bu ölkənin xalq artisti oldu

30 Aprel 2017 00:09

Astroloji proqnoz - 30 aprel

30 Aprel 2017 00:08

Əyləncənin "dozası"nı qaçıranda belə olur

30 Aprel 2017 00:07

“Əgər Ermənistanın belə silahları vardısa döyüşü niyə uduzurdu?...” LONDONDAN ERMƏNİLƏRƏ SUAL

30 Aprel 2017 00:05

Premyeraya şəffaf geyindi - FOTO

30 Aprel 2017 00:05

300 manata görə həbsxanalıq oldu

30 Aprel 2017 00:05

Günün qoroskopu: sual verməkdən çəkinməyin

30 Aprel 2017 00:05

Polad Bülbüloğluya "Türkmənistanın Xalq artisti" adı verilib

30 Aprel 2017 00:01

ABŞ həbsxanalarında bərbad vəziyyət: qadınlara təcavüz edilir

29 Aprel 2017 23:57

İldırım sürətli silahlanma – kabus, yoxsa reallıq...

29 Aprel 2017 23:57

Corab sataraq milyonçu olan məktəbli

29 Aprel 2017 23:57

Cəlilabadda uşağı avtomobil vurdu

29 Aprel 2017 23:52

Kürək və onurğaətrafı nahiyələr nədən ağrıyır?

29 Aprel 2017 23:52

Gəncə sakini bıçaqlandı

29 Aprel 2017 23:49

Bakıdakı şadlıq sarayları taktikanı dəyişir

29 Aprel 2017 23:48

Hikmətyar talibləri danışıqlara çağırdı

29 Aprel 2017 23:47

Qulaq ağrısına qarşı təbii üsul

29 Aprel 2017 23:47

Təzə gicitkən - SAĞLAMLIQ MƏNBƏYİ

29 Aprel 2017 23:42

Gənəgərçək yağının artritə dərman olduğunu bilirdinizmi?

29 Aprel 2017 23:42

Bu qızı geyiminə görə yarışa buraxmadılar

29 Aprel 2017 23:40

Məşhur aktrisa yarıçılpaq fotolarını paylaşdı - FOTO

29 Aprel 2017 23:32

Gəncədə 22 yaşlı gənc bıçaqlanıb

29 Aprel 2017 23:32

İŞİD silahlıları Taliban rəhbərlərindən birini öldürüblər

29 Aprel 2017 23:29

Gizlətdiyi sevgilisi ilə əl-ələ görüntüləndi - FOTO

29 Aprel 2017 23:27

Lincoln-dan yeni Navigator - FOTO

29 Aprel 2017 23:27

Göyərtəsində 39 sərnişin olan təyyarə qəzaya uğradı

29 Aprel 2017 23:23

Hind qızları palçığa batan avtobusu dartıb çıxardılar

29 Aprel 2017 23:22

Erməni Kardaşyan Meksika kurortunda - FOTO

29 Aprel 2017 23:22

Namazın vacib olmasının sirri

29 Aprel 2017 23:22

Shamkir Chess-2017: 8-ci tur bitdi

29 Aprel 2017 23:22

Acınacaqlı durumda idilər, sonra isə bu yolla varlandılar

29 Aprel 2017 23:22

iPhone-nu sıradan çıxarmağın yeni üsulu aşkarlanıb - VİDEO

29 Aprel 2017 23:17

Havada baş verənlər: Stüardessanın şok etirafları – FOTO

29 Aprel 2017 23:17

Sərnişin təyyarəsi radarlardan itdi

29 Aprel 2017 23:14

Evliliyin möhkəm olması üçün nəzərə alınmalı şərtlər

29 Aprel 2017 23:12

"Bavariya" Bundesliqanın qalibi oldu

29 Aprel 2017 23:06

Kubada təyyarə yoxa çıxdı: 39 nəfər itkin düşüb

29 Aprel 2017 23:05

"Qadın gözəl qoxumalıdır" - Adnan Oktarın "gediciyi" - FOTO

29 Aprel 2017 23:05