"Roma" gözlənilən qərarı qəbul etdi

"Roma" gözlənilən qərarı qəbul etdi
07:52 14 Yanvar 2016
20 İdman
Ölkə mətbuatı
A- A+

"Roma" baş məşqçi Rudi Qarsiya ilə yollarını ayırıb. Goal.az klubun saytına istinadən xəbər verir ki, 2013-cü ildən paytaxt təmsilçisini çalışdıran fransalı mütəxəsislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Burda çalışdığı müddətdə gördüyü işlərə görə Qarsiyaya təşəkkür edirəm. Birlikdə yaxşı günlərimiz oldu. Amma dəyişmək üçün uyğun zamandır" - klub prezidenti Ceyms Palotta deyib.

"Roma" mövsümə yaxşı başlasa da, hazırda turnir cədvəlində 5-ci pillədədir. Ölkə kubokunda isə B Seriyasında çıxış edən "Spezia"ya uduzaraq mübarizəni dayandırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR