ABŞ-da şəkər xəstəsi olan uşaqlar üçün xüsusi gəlincik istehsal edilir

ABŞ-da şəkər xəstəsi olan uşaqlar üçün xüsusi gəlincik istehsal edilir
08:03 14 Yanvar 2016
51 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC 
ABŞ-da “American Girl Doll” şirkəti, birinci qrup şəkər xəstəliyi olan uşaqlar üçün xüsusi gəlinciklər istehsal edir.
AZƏRTAC fox13news.com saytına istinadla xəbər verir ki, “Aliza” adlanan bu gəlinciklər uşaqların yaxın dostuna çevrilərək onların tənha olmadıqlarını hiss etdirəcək. Uşaq sevimli gəlinciyinin qan şəkərini ölçərək oyuncaq insulini və ya həbi ona verə biləcək.
Şirkətin diabet gəlinciyi istehsal etməsində əsas məqsədi, uşaqlarda həkimə və müalicəyə olan qorxunu azaltmaqdır. Həkimlər düşünürlər ki, bu metod uşaqlar arasında maarifləndirici xarakter daşıyacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_da_seker_xestesi_olan_usaqlar_uchun_xususi_gelincik_istehsal_edilir-918286

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR