Bakı. 14 yanvar. REPORT.AZ/Yaponiyanın şimal sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla 12.25-də qeydə alınan yeraltı təkanların episentri Xokkaydo adasının cənub sahilərində 50 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib.