İtaliya Liviyaya 1 milyon 400 min avro dəyərində humanitar yardım göndərəcək

İtaliya Liviyaya 1 milyon 400 min avro dəyərində humanitar yardım göndərəcək
08:18 14 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 14 yanvar, AZƏRTAC
İtaliya Liviyaya 1 milyon 400 min avro dəyərində humanitar yardım göndərəcək. Bu ölkənin Xarici İşlər Nazirliyinin məlumatına əsasən, bu yardım beynəlxalq təşkilatlar tərəfindən Liviyadakı humanitar böhranın qarşısının alınması istiqamətində görülən tədbirlərə dəstək məqsədi daşıyır. Yardım layihəsi çərçivəsində əsas diqqət Aralıq dənizi boyunca qeyri-qanuni miqrasiyanın qarşısının alınması, habelə səhiyyə məsələlərinə yönələcək.
İtaliya XİN bəyan edib ki, yardımın 500 min avrosu münaqişədən əziyyət çəkmiş məcburi köçkünlərə və əhaliyə ilkin tibbi yardımı təmin edəcək Beynəlxalq Qırmızı Xaç Komitəsinin, yerdə qalan məbləğ isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və miqrantların doğma ölkələrinə geri dönməsini dəstəkləyən təşəbbüsləri irəli sürən Beynəlxalq Miqrasiya Təşkilatının hesablarına köçürüləcək.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Italiya_Liviyaya_1_milyon_400_min_avro_deyerinde_humanitar_yardim_gonderecek-918288

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR