ABŞ İrandan üzr istədi (VİDEO)

ABŞ İrandan üzr istədi (VİDEO)
08:26 14 Yanvar 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

İran ötən gün Fars körfəzində həbs olunan amerikalıların hökumətdən üzr istədiyini əks etdirən videokadrları yayımlayıb. ANS PRESS-in məlumatına görə, video-görüntülər Amerika hökumətinin baş verənlərlə əlaqədar İrandan üzr istəmədikləri barədə iddialardan sonra yayılıb.

Ekspertlərin rəyinə görə, Amerika hökuməti əsgərlərin dərhal buraxılmasını İran üzərində diplomatik qələbə kimi şərh etməyə çalışıblar. Lakin İranın gətirdiyi videodəlillər rəsmi Vaşinqtonun iddilarını təkzib edib.

“Bu bir səhv idi. Səhvimizə görə üzr istəyirik. Yalnış anlaşılma oldu. Biz İranın dəniz sərhədlərinə müdaxilə etmək istəmirdik. Burda olduğumuz müddət ərzində İranın bizə qarşı münasibəti son dərəcə yaxşı idi. Qonaqpərvərliyinizə və köməyinizə görə təşəkkür edirik.” – deyə İran hərbçilərinə əsir düşən ABŞ əsgəri bildirib.

Dünən Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi donanmasının gəmisinə aid 2 patrul qayığı İran İslam Respublikası İnqilab Keşikçiləri korpusunun hərbçiləri tərəfindən saxlanılmışdı. Saxlanılan 2 gəmidəki 10 ABŞ əsgərinin İran dəniz sərhədlərini pozduqları iddia olunmuşdu.

Dünən səhər isə rəsmi Tehran ABŞ dənizçilərini qısa müddətdən sonra sərbəst buraxacağını açıqlamışdı. Bu barədə İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandiri admiral Əli Fadavi məlumat verib.

“Araşdırmalardan sonra hərbçilərin İran sularına cəsusluq məqsədi ilə daxil olmadıqları ortaya çıxıb. Əsgərlər yaxın müddətdə buraxılacaq”.

Həmçinin İran ABŞ-dan onun ərazi sularına müdaxilə etdiyi üçün üzr tələb etmişdi. İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandiri admiral Əli Fadavi Con Kerri ilə söhbəti zamanı deyib.

“ABŞ-dan olan dənizçilər İranın ərazi sularına daxil olub və bu səbəbdən ABŞ üzr istəməlidir”, - deyə Fadavi bildirmişdi.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369666

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR