Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qardaşım temperamentinə görə Erik Kantonanı xatırladır"

"Qardaşım temperamentinə görə Erik Kantonanı xatırladır"

Date: 14 January 2016 08:32

"Liverpool"un müdafiəçisi Kolo Ture qardaşı Yaya haqqında danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, böyük qardaş olan Kolo "Manchester City"nin kapitanı tərəfindən Obameyanqa qarşı səsləndirilən fikirlərə aid danışıb.

"Düzü, qardaşımla bu məsələ barədə söhbət etmədik. Düşünürəım ki, söhbətə başlasam, mənə əsəbləşəcək. Yay əla futbolçudur. Amma temperamentinə görə, bəzən Erik Kantonanı xatırladır. Belə insandır. Yaya qalib ruhlu adamdır. Hər şeyi birdən qazanmayanda dəli olmağa başalyır. Şəxsən mən, onun 2015-ci ildə Afrikanın ən yaxşı oyunçusu adını haqq etdiyini düşünürəm. O, "Qızıl top"a namizədlər arasında yer alan yeganə afrikalı idi. Kot-d`İvuar millisiysə Afrika Millətlər Kubokunda çempionluq yaşamışdı. Bunlar əhəmiyyətli nüanslardır. Yaya bu səbəbdən birinci olacağına ümid edirdi. Sərt rekasiyası qalib gəlməyə alışması ilə bağlıdır. Qəlbininin dərinliyində o, yaxşı oğlandır. Sadəcə elə vaxt olur ki, lazım olmayan şeyləri deyir və başqalarının fikrini vecinə almır".

Milli.Az


Tags:  Qardaşım temperamentinə Erik Kantonanı xatırladır

RƏYLƏR


Top news