Əməkdar artist: "Küçədə gedəndə hamının mənə nifrətlə baxmasını istəyirəm" - FOTO

Əməkdar artist: "Küçədə gedəndə hamının mənə nifrətlə baxmasını istəyirəm" - FOTO
10:01 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Kadir İnanır altı il sonra yeni serialda (27 Mart 2017 21:42)

Əməkdar artist, Musiqili Teatrın aktyoru Əkbər Əlizadəni səhnədən çox efirdə görürük. Başqa sözlə desək, o, aparıcı kimi daha çox gündəmdədir. Lakin o özü belə hesab eləmir. Deyir, həftəsonları teatrda tamaşaçıları qarşısına çıxır, sadəcə, efirdə tanınma imkanları daha çoxdur. Nə deyək, olsun... 

Əkbər Əlizadə Publika.az-a müsahibə verib. Həmin müsahibəni təqdim
- Həm aktyor, həm aparıcı kimi fəaliyyət göstərirsiniz. İki işi eyni vaxtda görmək sizə çətin deyil?
- Qətiyyən. Həm aktyorluq, həm aparıcılıq, həm də gözəl rəqqaslıq - bunlar artıq həyat tərzimə çevrilib, özümü öz qabımda hiss edirəm.
 
- Amma səhnədən daha çox efirdə görünürsünüz...
- Uzun illərdir ki, Musiqili Teatrda fəaliyyət göstərirəm və hər həftənin cümə, şənbə və bazar günləri səhnədə tamaşaçılar qarşısına çıxıram. Hələ tamaşaların məşqlərinə nə qədər vaxt sərf edirəm. Sadəcə olaraq, efir elədir ki, tamaşaçının üz-gözünü görə bilmirsən, ekran səni insanlardan ayırır. Amma səhnədə tamaşaçının nəfəsini belə hiss edirsən. Orada canlı ünsiyyəti daha çox hiss edirəm. Efirdə olsam da, olmasam da, hər şeydən əvvəl mən aktyoram.
 
- Komik aktyor sayılırsınız və sizi görəndə istər-istəməz dodağımız qaçır... Maraqlıdır, Əkbər özünü hansısa bir dramatik rolda, yaxud faciədə təsəvvür edirmi?
- Ah, bunu nə qədər arzuladığımı bilsəniz. Əslində, mən dram teatrı-kino fakultəsini bitirmişəm. İlk dəfə 1997-ci ildə Akademik Milli Dram Teatrının səhnəsində möhtəşəm bir tamaşada - "Fərhad və Şirin"də Xosrovun oğlu Şiruyyəni oynamışam. Böyük aktyorumuz Həsən Məmmədov, Məleykə Əsədova, Rafiq Əzimov kimi sənətkarlarla tərəf-müqabili olmuşam. Uzun illərdən sonra "Qayınana" serialında bir dramatik obraz canlandırdım. Bu gün də fərqli ampluada səhnəyə çıxmaq və tamaşaçılarımı yaxşı mənada heyrətləndirmək istəyirəm.
 
- Məsələn, necə bir rolda? Ümumiyyətlə, sizin üçün müsbət, ya mənfi rolun fərqi varmı?
- Əslində, mənfi rolları daha çox xoşlayıram. Elə arzuladığım rol da mənfi obrazdır. Elə bir mənfi rolda çıxış etmək istəyirəm ki, tamaşaçılarımın mənə olan münasibəti 180 dərəcə dəyişsin. Desinlər, bunun canında nələr varmış? Küçədə gedəndə hamının mənə nifrətlə baxmasını istəyirəm. Nifrətlə məhəbbətin arası da bir addımdır axı.
 
- Kinoya çəkilmək arzunuz yoxdur?
 - Niyə yoxdur, bunu çox istəyirəm. İstərdim ki, çoxlu filmlər çəkilsin, rejissorlarımız bizi görsün, dəvət etsin.
 
- Həyatınız ekranlaşdırılsa, yaxud səhnələşdirilsəydi, hansı janra üstünlük verərdiniz?
- Həyatı dolğun, maraqlı, doya-doya yaşayan adamam. Yəqin, belə fürsət düşsə, həmin film və ya tamaşanın dram, tragikomediya olmasını istəməzdim.
 
- Bilirsiniz, niyə soruşdum, adətən nikbin görünən insanların gülüşünün arxasında bir kədər, məyusluq dayanır. Necə deyərlər, ağlayanın bir dərdi, gülənin min dərdi.
- Xeyr, mənim sənətim də təbiətimlə həmahəngdir. Teatrda deyib-gülürəm, oynayıram, zarafatlaşıram. Ruhum sənətimə də təsir edib.
 
- Həmişə göründüyünüz kimi şən, pozitivsiniz?
- Olduğum və göründüyüm kimiyəm, lakin çox vaxt əsəbi oluram. Hər şeyin istədiyim şəkildə olmasını arzulayıram. Olmayanda dünya başıma fırlanır. Məndə hər şey qarşılıqlı olmalıdır.
 
- Kənardan baxanda deyərsən, Əkbərin heç dərdi-səri yoxdur. Elədir?
- Yox, problemlərim də olur. Kredit borclarım var. Sadəcə, ağlamağı sevmirəm. İnsanların tamaşama gələrkən mənə yazığı gəldikləri üçün alqışlamalarına istəmirəm.
 
- Qızbacı rollarını məharətlə yaradırsınız. Bunun üçün çox məşq edirsiniz?  
- Xeyr, daha çox fantaziyalarımı işə salıram. Bir də müşahidə qabiliyyətim güclüdür. Gördüyüm, rastlaşdığım insan tiplərinin xarakterlərini, danışıq maneralarını mənimsəyirəm. Yaddaşıma köçürdüklərim dadıma çatır.
 
- Bəzi adamlar üçün onlar haqqında nə deyiləcəyi önəm daşımır. Onlar öz həyatlarını istədikləri kimi yaşayır. Maraqlıdır, ətrafın, insanların fikri sizin üçün çoxmu önəmlidir?
- Çox önəmlidir. Razıyam sizinlə, bəzi adamlar deyir, ətrafdakılar mənim həyat tərzimə uyğunlaşınlar, necə istəyirəmsə, elə də yaşayıram. Mən elə insanları qəbul etmirəm. Lap çəkməçi olsa da, onun fikri ilə hesablaşıram.
 
- Tənqidə münasibətiniz necədir?
- Yaxşı, dinləyib, nəticə çıxarıram. Yalançı təriflərdənsə, elə həqiqi tənqidlər daha yaxşıdır.
 
- Bəs tənqid təhqir həddinə çatanda?
- Yox, təhqiri qətiyyən qəbul eləmirəm. Onda artıq hərəkətə keçirəm.
 
- Yəni?
 -  Yəqin, fiziki hərəkəti nəzərdə tutduğumu düşünəcəksiniz. Ancaq yox, ona əməllərimlə cavab verirəm. Ümumiyyətlə, xaraktercə xırdaçı adam deyiləm və xırdalanmaq təbiətimə yaddır. İnsanlarla mübahisə etməyi xoşlamıram. Birini o desin, birini mən deyim, ortalığı qarışdırım, xeyr, bu mənlik deyil. Kimsə məni təhqir edibsə, həmin adamın cavabını əməlimlə, gördüyüm işlə verirəm. O adam da kənardan baxıb yana-yana qalır. Dəfələrlə bunun şahidi olmuşam.

Əkbər Əlizadə kimdir? Əkbər Əlizadə haqqında...

Əkbər Əlizadə 23 may 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatr və kino fakültəsini aktyor ixtisası üzrə, 2000-ci lidə həmin universitetin magistratura şöbəsinin teatrşünaslıq ixtisası üzrə bitirmişdir. 2000-2001-ci illərdə hərbi xidmətә getmişdir.

1994-cü ildən universitetin 1-ci kursundan Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə daxil olmuşdur. ilk dəfə 1987-ci ildə 10 yaşında Azərbaycan televiziyasının Qırmızı qərənfil mahnı və rəqs ansamblında çıxış edib. 7 il həmin ansamblda müğənni kimi fəaliyyət göstərib. Sonralar həmin televiziyanın keçirdiyi Sübh şəfəqləri musiqi müsabiqəsində birinci yerə layiq görülüb.

Teatrda işlədiyi müddət ərzində R.Mustafayev və C.Məmmədovun "Məsmə xala dayımdır" əsərində Elgün, İ.Kalmanın "Tsıqan premyer" əsərində Muştard, F.Leqar "Vesyolaya vdova" əsərində Sen De ş, Q.Qarayev "Neistovıy Qaskonets"də Qasqoniyalı, Ü.Hacıbəyov "O olmasın, bu olsun"da İntiliget Həsən, S.Fərəcov, R.N.Güntəkin "Bir günlük siğə"də Xəlil, E.Sabioğlu, T.Vəliyeva "Bankir adaxlı"da Balakişi, V.Adıgözəlov, Anar "Aldın payını, çağır dayını"da Tərgəldi, O.Rəcəbov, A.Babayev "Əlin cibində olsun"da Xankişi, R.Əkbər. "Bəydullanın möhtəşəm toyu"nda tamada, C.Quliyev, Ə.Əmirli "İtgin ər"də Zəkə, R.Mirişli,M.Haqverdiyev, "Qısqanc ürəklər"də Əjdər,Ü.Hacibəyli"Ər və arvad"da-Səfi,"Arşin mal alan"da-Süleyman,R.Mirişli,M.Haqverdiyev"Amerikali kürəkən"də-Cəlil,S.Kərimi,M.F.Axundzadə"Kimyagər"də-Molla Həmid, F.Sücəddinov,T.Vəliyeva,"Mən dəyərəm min cavana"da Rza obrazları ilə yanaşı, 1997-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında S.Vurğunun "Fərhad və Şirin" tamaşasında Şiruyyə rolunu oynamışdır.

1994-2000-ci ilə qədər xalq artisti Cənnət Səlimovanın rəhbərlik etdiyi Bakı Kamera teatrında aktyor kimi çalışıb.

1995-ci ildən dövlət səviyyəli konsert və tədbirlərin aparıcılarından biridir. 2000-2006-cı illərdə Dövlət Filarmoniyasında da aparıcı vəzifəsində çalışıb.

2003-cü ildə Space kanalında "Meloman" verilişinin, 2006-2007-ci illərdə "Azəristar" müsabiqəsinin aparıcısı olub.

2006-cı ildən "Planet parni iz Baku" KVN teatrının aktyoru, həm də aparıcısıdır.

2008-ci ildə Xəzər telekanalında "Gülüş ulduzu" müsabiqəsinin və "komediya səhnəsi" verilişinin aparıcısı olub.

2008-ci ildə, 30 aprel 2014-cü ildə[1]6 may 2015-ci ildə[2] Prezident Mükafatına layiq görülmüşdür.

2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

2009-cu ildə Space TV-də "Kim nə bacarır" layihəsində münsif və aparıcı olub.

2011-ci il yanvar ayından 2013-cü ilin iyuluna kimi "Space" MTRŞ-nin "Hər səhər" proqramının aparıcısı olmuşdur.[3] Eyni zamanda "Xəzər" televiziyasının istehsal etdiyi"Qaynana" teleserialında çəkilmişdir.

ATV Telekanalında Qorxma mən səninləyəm proqramının aparıcısıdır.

Evlidir. 3 övladı var

2015-2016 ."Ad gunu" verlisinin aparicidir.

Mənbə: az,wikipedia.org






RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Dağlıq Şirvanda sahibkarlara 1,5 mln. manat güzəştli kredit verilib

27 Aprel 2017 19:02

Siyasətçidən kitab yazdı, 1 milyon avro ziyana düşdü

27 Aprel 2017 18:53

Zakir Həsənov ordu generalı Yaşar Gürellə görüşdü

27 Aprel 2017 18:49

Moskva görüşü öncəsi düşmən TƏŞVİŞ İÇİNDƏ: müharibə qərarına SAATLAR QALDI

27 Aprel 2017 18:48

Azərbaycanla Monteneqro arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş imzalanıb

27 Aprel 2017 18:47

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın ilk mərhələsi başlayır

27 Aprel 2017 18:35

SORĞU: Kişi və qadın arasında yaş fərqi nə qədər olmalıdır?

27 Aprel 2017 18:34

60 yaşında 3-cü dəfə evlənən polkovnikin oğlu ATASININ BÜTÜN SİRLƏRİNİ AÇDI: "O bizdən..."

27 Aprel 2017 18:33

Göygöl rayonunun Aşağı Zurnabad kəndində top/minaatan mərmisi aşkarlanıb

27 Aprel 2017 18:32

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

27 Aprel 2017 18:27

Azərbaycanın qadın güləşi üzrə yığma komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb

27 Aprel 2017 18:27

Arda Turanın malikanəsinin görüntüləri yayıldı

27 Aprel 2017 18:26

Bülent Ersoy eşqini etiraf etdi - FOTO

27 Aprel 2017 18:24

“Buna son qoyulmalıdır!” - Moskvadan Türkiyəyə XƏBƏRDARLIQ

27 Aprel 2017 18:18

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları

27 Aprel 2017 18:18

Azərbaycan I Divizionunda bütün medalçılar müəyyənləşib

27 Aprel 2017 18:17

Min dərdin dərmanı "paltar sabunu"

27 Aprel 2017 18:12

Yazıb oxumağı bacarmayanlar 11-ci sinfə necə keçib? - DEPUTAT DANIŞIR

27 Aprel 2017 18:09

“Şalvar qadağası” olan kollecdən REPORTAJ - FOTOLAR

27 Aprel 2017 18:08

Hollandiya səfiri: "Azərbaycanla daha geniş əməkdaşlıqda maraqlıyıq"

27 Aprel 2017 18:07

Azərbaycanda bağlanmış 11 bankın əmanətçilərinə 732,257 mln. manat kompensasiya ödənilib

27 Aprel 2017 18:07

"Nezavisimaya qazeta": Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır

27 Aprel 2017 18:05

"2 milyon manat Eldar Mahmudova çatıb" - MTN generalı

27 Aprel 2017 18:05

​Bu qız dayısının evindən oğurluq etdi

27 Aprel 2017 18:04

İtkin düşən alpinist 47 gün sonra tapıldı - 30 kilo arıqlayıb - VİDEO

27 Aprel 2017 18:03

Avropaya ən çox qaçqın Suriyadan gedir

27 Aprel 2017 18:01

Minləri xilas edən ideya, SSRİ-də ilk mükafat – 62 İLLİK ÖMRÜN AKKORDLARI

27 Aprel 2017 17:59

Ccırıq cinslər bu ilin əsas yaz dəbi oldu

27 Aprel 2017 17:59

Lapşin istintaq materialları ilə tanış oldu

27 Aprel 2017 17:57

Keçmiş MTN generalı: “Bir neçə dəfə Eldar Mahmudovun xüsusi tapşırıqlarını yerinə yetirmişəm”

27 Aprel 2017 17:57

ARDNF-in icraçı direktoru növbəti müddətə "Bank VTB"-nin Müşahidə Şurasına üzv seçilib

27 Aprel 2017 17:57

“Eldar Mahmudov zəng vurub dedi, böyük məbləğdə pul lazımdı” – HƏBSDƏ OLAN MTN GENERALI SİRLƏRİ AÇDI

27 Aprel 2017 17:54

Qadın siyasətçi Kim Çen Inı qəzəbləndirdi: “Ağılını itirmiş qoca...”

27 Aprel 2017 17:53

Azərbaycanda beynəlxalq layihəyə start verildi

27 Aprel 2017 17:52

Kiyev rayon məhkəməsi Roman Nəsirova qarşı həbs qətimkan tədbirinin müddətini iki ay uzadıb

27 Aprel 2017 17:52

Azərbaycanlılar AŞPA-nın binası qarşısında etiraz aksiyası keçirdi - FOTO

27 Aprel 2017 17:48

Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib - FOTO

27 Aprel 2017 17:47

"Kara sevda"nın Nihanı elə yerinə döymə etdirdi ki ... - FOTO

27 Aprel 2017 17:47

Bakıdakı taksilərlə bağlı MÜHÜM TƏKLİF - Nə dəyişəcək? - VİDEO

27 Aprel 2017 17:47

Roma Papası çimərlik kirayə götürdü

27 Aprel 2017 17:46

Kərpic-kərpic tikilən Cocuq Mərcanlı - REPORTAJ

27 Aprel 2017 17:44

"3-4 qadın uşaq salıb, 10-15 kişi impotent olub" - Çovdarov sirləri açır

27 Aprel 2017 17:42

BDU-da sosial mövzuda elmi konfrans keçirilib - FOTOLAR

27 Aprel 2017 17:39

Parisdə polis tələbələrə qarşı gözyaşardıcı qaz tətbiq etdi

27 Aprel 2017 17:38

Nazirdən idman zallarındakı təhlükə ilə bağlı XƏBƏRDARLIQ: "Sağlamlığa ciddi ziyan vurur"

27 Aprel 2017 17:37

Yıldırım və Medvedev gəmini müzakirə etdilər

27 Aprel 2017 17:37

Rusiya XİN Dağlıq Qarabağla bağlı qarşıdakı Moskva görüşünü şərh edib

27 Aprel 2017 17:37

Yeni neyron interfeys mətni beş dəfə sürətli çap edəcək

27 Aprel 2017 17:35

Bu küçələrdə rənglənmə işləri gedir - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

27 Aprel 2017 17:34

İtaliya gözəlinin indiki halı görənləri DƏHŞƏTƏ SALDI: Üzünə ... - FOTOLAR

27 Aprel 2017 17:33