Türkiyədə növbəti terror: ölən və yaralananlar var

Türkiyədə növbəti terror: ölən və yaralananlar var
09:30 14 Yanvar 2016
67 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda baş vermiş terror hadisəsi zamanı PKK silahlıları polis ailələrinin olduğu xidməti evin yaxınlığında partlayıcı maddə ilə yüklənmiş avtomobili partladıb. 

Türkiyədə növbəti terror - AZƏRTAC Türkiyə saytlarına istinadla xəbər verir ki, şiddətli partlayış zamanı binanın bir hissəsi uçub, dağıntıların altında qalan bir körpə isə dünyasını dəyişib. Daha 36 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Diyarbəkirdəki müxtəlif xəstəxanalara yerləşdirilib. Partlayış ətrafdakı ev və iş yerlərində də hiss olunub.

Bildirilir ki, terrorçular eyni anda üç müxtəlif yerə - polis şöbəsi, jandarm idarəsi və polis əməkdaşlarının xidməti mənzillərinə hücum edib. Qaçan terrorçuların yaxalanması üçün bölgədə əməliyyat başlanıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyede_novbeti_terror_olen_ve_yaralananlar_var-918289

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR