Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

""Barselona"ya gedəcəyimi heç vaxt deməmişəm"

""Barselona"ya gedəcəyimi heç vaxt deməmişəm"

Date: 14 January 2016 09:05

"Yuventus"un gənc futbolçusu Pol Poqba "Barselona" klubuna keçmək istədiyi ətrafında söz-söhbətləri təkzib edib. O, "Qızıl top"un təqdimat mərasimindən sonra Messi ilə birlikdə oynamaq istəyini ifadə etmişdi. Poqbanın FİFA versiyasına əsasən ötən ilin simvolik yığmasına düşdüyünü də qeyd edək. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi son açıqlamasında bunları deyib:

"Barselona"ya gedəcəyimi heç vaxt deməmişəm. Hazırda "Yuventus"da oynayıram. Bəlkə də, bir gün "Qızıl top"un finalçıları arasında olaram. Əsas məqsədim bu mükafatı qazanmaqdır. Amma xeyli namizədlər var. Bir zamanlar Ronaldu və Messini televiziyadan izləyib onları Playstation-da oynadırdım. İndisə hər ikisinə yaxınam".

Milli.Az


Tags:  Barselonaya gedəcəyimi heç vaxt deməmişəm

RƏYLƏR


Top news