Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İndoneziyanın paytaxtında bir neçə partlayış olub

İndoneziyanın paytaxtında bir neçə partlayış olub

Date: 14 January 2016 09:37

Bakı. 14 Yanvar. REPORT.AZ/ İndoneziyanın paytaxtı Cakartanın mərkəzində bir neçə partlayış baş verib.
"Report" AFP-yə istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı üç nəfər ölüb.
Məlumata görə, partlayışlardan biri Birləşmiş Millətlər Təşkilatının ofisinin yaxınlığında meydana gəlib. Daha bir partlayış ticarət mərkəzinin qarşısında həyata keçirilib. Burada da dəbdəbəli hoteller, səfirlik və ofis binaları yerləşir.
Artıq İndoneziya polisi partlayışlar olması faktını təsdiqləyib və partlayıcı qurğunun işə salındığını bildirib.

Tags:  İndoneziyanın paytaxtında neçə partlayış olub

RƏYLƏR


Top news