​Bu gün "CBC Sport Kuboku" start götürəcək

​Bu gün "CBC Sport Kuboku" start götürəcək
09:47 14 Yanvar 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ Bu gün təlim-məşq toplanışını ölkə daxilində keçirən klubların iştirak etdiyi "CBC Sport Kuboku" start götürəcək. "Report"un məlumatına görə, turnirdə 5 komanda dairəvi sistemlə mübarizə aparacaq. 
AFFA Hakimlər Komitəsinin təyin etdiyi hakimlər tərəfindən idarə olunacaq matçlar "Bayıl Arena"da keçiriləcək. Açılış oyununda "Neftçi" və AZAL komandaları qarşılaşacaq. Daha 3 komanda isə I divizion təmsilçilərindən "Neftçala", MOİK və "Şərurspor" olacaq. Turnirə yanvarın 25-də yekun vurulacaq. 
CBC Sport Kuboku 
14 yanvar
13:00. AZAL - "Neftçi"
"Bayıl Arena"

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/bu-gun-cbc-sport-kuboku-start-goturecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR