Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədə qanlı gecə, 5 ölü (FOTO)

Date: 14 January 2016 09:51

Türkiyənin Diyarbəkir vilayətində terror hadisəsi zamanı ölənlərin sayı artıb. Ən son məlumata görə, 5 nəfər terrorun qurbanı olub. 39 nəfər yaralanıb. ANS PRESS-in “İHA”ya istinadən verdiyi məlumata görə, vilayətin Çinar rayonunda PKK terrorçuları eyni anda 3 müxtəlif yerə hücum edib.

Yerli vaxtla saat 23.30-da (Bakı vaxtıyla 01.30) terrorçular polis şöbəsi, jandarma idarəsi və polislərin xidməti mənzillərinə qumbaraatan, iri çaplı silah və küstar üsulla hazırlanmış bomba ilə hücum ediblər. Təhlükəsizlik qüvələrinin cavab atəşi ilə tərəflər arasında insident baş verib.

Hücum nəticəsində polis idarəsinin binasına böyük ziyan dəyib, 2 mərtəbəli bina çöküb.

Gecə baş verən hadisə ilə bağlı həkimlər təcili işə çağırılıblar.






Qeyd edək ki, bu son iki gündə baş verən ikinci terror aktıdır. Yanvar ayının 12-də Türkiyənin İstanbul şəhərində, Sultan Əhməd məscidi qarşısında güclü partlayış olub.
İŞİD üzvü olduğu deyilən şəxs özünü turist qrupunun yaxınlığında partladıb. Hadisə nəticəsində 10 alman turist ölüb, 15 nəfər yaralanıb.


Partlayış baş verən ərazi

Bu hadisədən 3 gün əvvəl isə üzərində bomba olan bir şəxs özünü polis şöbəsinə yaxınlaşaraq partladıb. Nəticədə bir polis ölüb, bir nəfər isə ağır bədən xəsarətləri alıb.


Hadisənin görüntüləri

Ötən il oktyabrın 10-da Türkiyənin paytaxtı Ankarada dəhşətli partayış baş verib. Hadisə nəticəsində 100-dən çox insan ölüb, 300-ə yaxın insan isə xəsarət alıb.
Partlayış bir qrup insanın Ankara şəhərində dəmir yolu stansiyası yaxınlığında mitinq üçün toplaşdığı vaxt baş verib.
Bu hadisədən sonra Türkiyədə 3 günlük matəm elan edilib.


Ankara terror hadisəsi anı

İyul ayının 20-də isə Şanlıurfada kamikadze özünü Suriyaya yardım aparmağa hazırlaşan gənclərin arasında partladıb. Bu hadisə də onlarla insanın ölümünə yol açmışdı.


Tags:  Türkiyədə qanlı gecə ölü FOTO

RƏYLƏR


Top news