Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Rusiyanın Qafqaz planının III hissəsi başlayır"

"Rusiyanın Qafqaz planının III hissəsi başlayır"

Date: 14 January 2016 09:52

Gürcüstanın işğal planı 2006-cı ildə hazırlanıb.

Milli.Az axar.az-a istinadən bidirir ki, bunu "Avropa demokratları"nın lideri Paata Davitaya söyləyib.
 
Davitaya "Qazprom"dan sonra Rusiyanın Abxaziya dəmiryolu layihəsini ortaya atacağını deyib:
 
"2006-cı ildə Rusiyanın Baş Qərargahı və Təhlükəsizlik Şurası Gürcüstana qarşı hansı addımların atılması ilə bağlı planlar hazırlayırdı. Putin 2008-ci il müharibəsinə necə hazırlaşdığı haqda danışarkən demişdi. O zaman üçün artıq planın bir neçə variantı hazırlanmışdı. Gürcüstanla "Qazprom" arasında əməkdaşlıq Rusiyanın planının bir parçasıdır. Bu plan bir neçə il əvvəl tərtib edilib. Onlar 2006-cı ildə "Qazprom" və iqtisadi vasitələrlə Gürcüstanı işğal etməyi həyata keçirə bilmədilər. Amma üstündən 9 il keçəndən sonra Moskva istəyini reallaşdırdı. Əvvəlcə, "Rosneft" Poti limanını tutdu, ikinci addım isə "Qazprom" oldu. Hamınıza bəllidir ki, "Qazprom" sadəcə siyasi rıçaqdır. Bu haqda hətta Prezident Əliyev də açıq şəkildə söyləyib. "Qazprom"dan sonrakı layihə Abxaziya dəmiryolu layihəsi olacaq. Burada da iqtisadi gəlirlər məsələsi ortaya atılacaq. Deyəcəklər ki, guya onların Ermənistanla münasibətləri var, onlar tranzit, biz isə bunun qarşılığında pul alacağıq. Hər şey Moskvanın Gürcüstanı tam tutması ilə bitəcək".
 
Qeyd edək ki, Abxaziya dəmiryolu layihəsinin bərpası keçən il Rusiya Prezidenti Vladimir Putin tərəfindən təklif olunub. Layihəyə əsasən, Moskva-Suxumi-Tiflis-İrəvan arasında dəmiryolu bərpa edilməlidir. 

Milli.Az


Tags:  Rusiyanın Qafqaz planının III hissəsi başlayır



RƏYLƏR


Top news