“AtaTravel” MMC “Dubay Şopinq Festival 2016”ya tur təklif edir

“AtaTravel” MMC “Dubay Şopinq Festival 2016”ya tur təklif edir
09:58 14 Yanvar 2016
50 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“AtaTravel” MMC yanvarın 15-dən fevralın 1-ədək olan müddət üçün “Dubay Şopinq Festival - 2016”ya tur təklif edir. Aviabilet, 4 gün oteldə qalmaq, qidalanma, sığorta və transfer daxil olmaqla bir nəfər üçün turun qiyməti 539 AZN təşkil edir. “AtaTravel” MMC-nin təklif etdiyi turdan yararlanmaq arzusunda olanlar dünya ticarət nişanları və brendləri aləminə baş vurmaq və faydalı alış-veriş etmək imkanı əldə edəcəklər. Dubayda şopinq festivalı zamanı bəzi malların qiymətləri tam 75% endirilir.

“AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev qeyd etdi ki, Dubayda Şopinq Festival – sadəcə minlərlə brend olan ticarət festivalı deyil. Sizi 6000-dən çox şirkətin mallarına endirimlər, parlaq təəssüratlar və əyləncələr ümmanı – müsabiqələr, konsertlər, müzikllər, şoular, idman tədbirləri və moda nümayişləri gözləyir. Festival zamanı şəhərdə maraqlı konsertlər və tamaşalar nümayiş etdirilir, Dubayın küçələrində şou-biznes və idman ulduzlarına rast gəlmək olur”.

Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 493-05-01 nömrəli telefona zəng vurun. "AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilib və "AtaHolding" ASC-nin törəmə şirkətlərindən biridir. "AtaTravel" turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təklif edir. Şirkət müştərilərə otellər, transferlər, aviabiletlərin, turların əvvəlcədən bronlaşdırılması, sığorta, viza xidmətləri, VIP-zal xidmətlərinin təmin edilməsi, avtomobillərin icarəsi, sağlamlaşdırıcı turizm və müxtəlif istirahət növləri üzrə xidmətlər göstərir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2480193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR