"Qalatasaray" klubu növbəti transferini açıqlayıb

"Qalatasaray" klubu növbəti transferini açıqlayıb
10:02 14 Yanvar 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu futbolçu Martin Linnesi transfer etdiyini rəsmən açıqlayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 25 yaşlı yarımmüdafiəçi ilə 3.5 mövsümlük müqavilə imzalanıb.
Anlaşmaya əsasən, Linnesin keçmiş klubu Norveç "Molde"sinə 2 milyon avro ödənilib. Üstəlik, 500 min avro ilə məhdudlaşdırılması şərti ilə Linnesin start heyətində yer aldığı hər 20 oyun üçün 100 min avro ödəniləcək.
Futbolçunun özünə isə hər oyun üçün 10 min avro ödəniləcək.

Qeyd edək ki, "Qalatasaray" daha öncə "Kasımpaşa"dan Rayan Donku heyətinə qatıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/qalatasaray-klubu-novbeti-transfer

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR