İlk dəfə sevgili olduqlarını etiraf etdilər - Fotolar

İlk dəfə sevgili olduqlarını etiraf etdilər - Fotolar
11:19 14 Yanvar 2016
45 Şou
Ölkə mətbuatı
A- A+

Aktyor və müğənni Oğuzhan Koç uzun zamandır sevgili olduğu aktrisa Yağmur Tanrısevsinlə ilk dəfə ictimaiyyət arasına birgə çıxıblar.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Emre Kınayın "Nihayet bitti" tamaşaasının qala-gecəsinə qatılan cütlük artıq münasibətlərini gizlətməyiblər.

Qeyd edək ki, cütlük "Bana baba dedi" serialında tanış olmuşdular. Layihə dayandırılsa da, onların münasibəti davam edir. Bir neçə gün əvvəl Oğuzhan və Yağmur dostları İbrahim Büyükak üçün elçiliyə getdikləri yerdə çəkilən fotoda da yanaşı durmuşdular.

Xatırladaq ki, Oğuzhan 8 ildir bir yerdə olduğu sevgilisi Zeynep Koçakdan da Y.Tanrısevsinə görə ayrılıb. 


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44210

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR