Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da 1,5 milyard dollarlıq cekpotla uduşlu lotereya bileti satılıb

ABŞ-da 1,5 milyard dollarlıq cekpotla uduşlu lotereya bileti satılıb

Date: 14 January 2016 10:12

Bakı. 14 Yanvar. REPORT.AZ/ ABŞ-ın ən məşhur lotereyalarından biri olan "Powerball"da 1,5 milyard dollarlıq cekpotla uduşlu lotereya bileti satılıb. "Report" TASS-a istinadən xəbər verir ki, lotereyanın təşkilatçıları xoşbəxt biletin Los-Ancelesdə (Kaliforniya ştatı) satıldığını bildirib.
Əvvəllər nə bu, nə də bir başqa lotereyanın cekpotu belə bir böyük məbləğə çatmamışdı.
Qalibin adı isə bir neçə saat ərzində məlum ola bilər.
Lotereyanın şərtlərinə əsasən, 5 ağ şarın və "Powerball" adlanan xüsusi qırmızı şarın nömrələrini tam dəqiqliklə tapan adam qalib elan olunur. 6 şarın hamısının dəqiq tapılması ehtimalı təqribən 1:292 milyon nisbətindədir.
Qaydalara əsasən, qaliblərin iki seçimi olur: ya bütöv cekpotu 29 il ərzində hissə-hissə almaq, ya da birdəfəlik, daha kiçik məbləğ almaq. İkinci halda "daha kiçik" məbləğ ümumi uduşun təxminən yarısına bərabər olur. Ştatlardan asılı olaraq, bu uduş məbləğindən sonradan müxtəlif dərəcəli vergi də tutulur.

Tags:  ABŞ-da milyard dollarlıq cekpotla uduşlu lotereya bileti satılıb

RƏYLƏR


Top news