Sumqayıtda şagirdi döyən müəllim haqqında açıqlama (FOTO,VİDEO)

Sumqayıtda şagirdi döyən müəllim haqqında açıqlama (FOTO,VİDEO)
10:30 14 Yanvar 2016
994 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhəri 22 saylı orta məktəbdə şagirdi döyən müəllim haqqında rəsmi məlumat var.

ANS PRESS-in məlumatına görə, faktı məktəbin direktoru Tahirə Səfərova da təsdiqləyib. Onun sözlərinə əsasən, müəllim artıq bir neçə gün idi ki, şagirdə əsəbləşib. "İdris müəllim, əslində, yaxşı müəllimdir. Sadəcə, deyir ki, neçə dəfədir həmin şagirdə nöqsanlar tutub. Müəllimin dediyinə görə, şagird gah submativ verməyib, gah yazmağa qələmi olmayıb. Bir neçə günlük əsəbini tarix müəllimi uşağı döyməklə çıxıb. Müəllimin adı İdris Hüseynov, şagirdin adı isə Kənan Xankişizadədir", - deyə məktəbin direktoru bildirdi.

Rahirə Səfərova onu da əlavə etdi ki, İdris Hüseynovla artlq söhbət aparılıb, izahat alınıb və çox güman ki, ərizəsi alınaraq, işdən azad olunacaq.


Rahirə Səfərova - Sumqayıt şəhəri 22 saylı orta məktəbin direktoru


Təhsil Nazirliyinin mətbuat xidmətinin katibi Cəsarət Valehov da məsələdən xəbərdar olduqlarını və bununla bağlı araşdırma apardıqlarını dedi. Onun sözlərinə görə, müəllim haqqında qərar yaxın vaxtlarda açıqlanacaq.


Cəsarət Valehov - Təhsil Nazirliyinin mətbuat xidmətinin katibi


Ötən gün Sumqayıt şəhəri 22 saylı orta məktəbdə İdris adlı tarix müəllimi dərsdə şagirdlərin gözü qarşısında şagirdin başına çox sayda zərbələr endirir.

Əsəbləri soyumayan müəllim həmin şagirdi sürüyərək sinifin küncünə apararaq döyməkdə davam edir. Sinifdə olan uşaqlar həmin müəllimə xəbərdarlıq edib ki, həmin şagirdin səhhətində problem var. Buna məhəl qoymayan müəllim uşağı döyməyə davam edir.


Müəllimin şagirdi döymə anı


Sumqayıt şəhəri 22 saylı orta məktəb - 1972-ci ildə fəaliyyətə başlayıb. Məktəb 2 növbəlir. Məktəbdə 961 nəfər şagird təhsil alır. Onlardan 69-u məcburi köçkün, 26-sı şəhid ailəsindəndir. 22 saylı məktəbin müəllimlərinin ümumi sayı 137-dir. Məktəb layihə üzrə 1776 yerlikdir.

İstər məktəbdə, istərsə də digər təhsil ocaqlarında fəaliyyət göstərən müəllimlərin əsas vəzifəsi şagirdlərə təhsillə yanaşı, təlim və tərbiyə verməkdir. Amma İdris kimi müəllimin timsalında şagirdin hansı tərbiyəyə yiyələnəcəyi sual altındadır. Odur ki, şagirdin şəxsiyyətini alçaldacaq sözlər deməklə, onu döyməklə nəsə əldə etməyi düşünən müəllim, yaxşı olar ki, ilk öncə öz psixoloji problemlərini həll etsin.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=369672

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR