İstanbul terrorununda Əsəd izi

İstanbul terrorununda Əsəd izi
10:27 14 Yanvar 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gün İstanbulda qanlı terror aktı törədən terrorçu kamikadzenin son günlər görüşdüyü şəxslərin kimliyi müəyyənləşib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Türkiyə təhlükəsizlik qüvvələri 7 nəfər suriyalı şübhəlini saxlayıb. Saxlanılanlar arasında terror aktından öncə kamikadze ilə İstanbula gələn 3 nəfər də var.
 
Araşdırma zamanı məlum olub ki, İstanbulda terror aktı törətmiş kamikadzenin görüşdüyü 3 nəfər Bəşər Əsədin "El Muhaberat" xüsusi xidmət orqanı ilə əməkdaşlıq edirmiş. İstanbulun Sultanəhməd meydanında törədilmiş terror aktında "RDX" və "TNT" qarışığı ilə hazırlanmış partlayıcıdan və 2 əl qumbarasından istifadə olunduğu da məlum olub.
 
İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi ələ keçirilən 7 nəfər suriyalını istintaq nəzarətinə götürüb. Hazırda onların dindirilməsi davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR