Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Maştağada qətl törədən şəxsin məhkəməsi başlayıb

Maştağada qətl törədən şəxsin məhkəməsi başlayıb

Date: 14 January 2016 10:47

Bakı. 14 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Yusif Bağırovun cinayət işi üzrə məhkəmə başlayıb. "Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 26-na təyin edilib.
Qeyd edək ki, hadisə 2015-ci ilin iyulun 14-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Gəncə şəhər sakini Abbas Mehdiyevə məxsus "AzSamand" markalı avtomobildə 1959-cu il təvəllüdlü Rauf Əliyev bıçaqla qətlə yetirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə apardığı tədbirlər nəticəsində R.Əliyevi bıçaqla qətlə yetirən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Bağırov tutulub.

Tags:  Maştağada qətl törədən şəxsin məhkəməsi başlayıb

RƏYLƏR


Top news