Ermənistanda yükdaşıma tarifləri arta bilər

Ermənistanda yükdaşıma tarifləri arta bilər
17:48 30 Dekabr 2014
65 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Yükdaşımalar üzrə indiki tariflər "Cənubi Qafqaz Dəmir Yolu" QSC-dən maksimum qənaət tələb edir və QSC-yə minimum gəlir verir. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu QSC-nin baş direktoru Viktor Rebets deyib.

Onun sözlərinə görə, elektrik enerjisi 2013-cü ildə 42 faiz, 2014-cü ildə isə daha 11 faiz artdıqdan sonra bunu gözləmək olardı.

V.Rebets qeyd edib ki, vəziyyəti yüngülləşdirmək üçün bütün mümkün ehtiyatlardan istifadə edilib və proqram hazırlanıb: "Ötən il rentabelliyimiz 3 faiz təşkil edib".

Qeyd edək ki, QSC "Rusiya Dəmir Yolları" ASC-nin törəmə şirkətidir və 2008-ci ildən Ermənistan dəmir yolunun imtiyazlı idarəçisidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2349119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR