Azarkeş 15 oyunun nəticəsini düz taparaq 306 min funt qazandı

Azarkeş 15 oyunun nəticəsini düz taparaq 306 min funt qazandı
10:52 14 Yanvar 2016
21 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Derbi Kaunti" futbol klubunun 21 yaşlı azarkeşi 15 oyunun nəticəsini düz taparaq 306 min 139 funt qazanıb. "Report"un "The Mirror"a istinadən verdiyi məlumata görə, gənc fanat 96 funt sterlinq pul qoyuluşu edib. 


Oyunların çoxu İngiltərə Kubokuna təsadüf edib. Bəzi nəticələr, məsələn, "Oksford"un Premyer Liqa təmsilçisi "Suonsi" üzərində qələbəsi gözlənilməz olub. 


Qalib azarkeş qazandığı pulu atasının ipoteka borcuna və istirahətə xərcləyəcəyini açıqlayıb. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azarke-15-oyunun-nticsini-duz-taparaq-306-min-funt-qazand-t46781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR