Dərmanın adını yaz, qiymətini öyrən - Metbuat.az-da

Təəssüf ki, dərmanlar gündəlik həyatımızın bir parçasına çevrilib. Normal olaraq, xəstəliklərin sayı artdıqca dərmanlara olan tələbat da eyni ölçüdə artır.

Dərman vasitələrindən istifadə edənlər üçün onlar haqqında məlumat sahibi olmaq böyük önəm kəsb edir. Bu səbəbdən işinizi daha da asanlaşdırmaq qərarına gəldik. Artıq uzun-uzadı axtarışlar etməyinizə ehtiyac qalmayacaq. Saytımızdakı "Dərman qiymətləri" bölməsinə daxil olub, istədiyiniz dərman vasitəsinin adını yazıb axtarış verdikdən sonra təsiredici maddənin dozası, farmasevtik forması, qablaşdırması, qablaşdırma miqdarı, istehsalçı şirkət/ölkə, nəhayət, ən əsası satış qiyməti haqqında məlumat əldə edə biləcəksiniz.

Beləliklə, artıq istədiyiniz dərmanın əsl qiyməti ilə apteklərdəki satış qiymətini müqayisə etmək imkanınız olacaq.

Dərman qiymətlərini öyrənmək üçün "Dərman qiymətləri" bölməsinə keçid

Qeyd: Siyahıdakı dərman vasitələrinin hamısı dövlət qeydiyyatına alınmışdır. Dərmanlar haqqında məlumatlar hazırlanarkən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının rəsmi saytına istinad edilmişdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR