Fransa: Alp dağlarında faciə

Fransa: Alp dağlarında faciə
10:58 14 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
Lionun Antuan de Sent-Ekzüperi adına liseyinin müəllimi və bir qrup şagirdi Fransa Alplarında yerləşən “Le-Döz-Alp” dağ xizəyi kurortunda qar uçqununa düşüb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, hadisə nəticəsində şagirdlərdən 2-si həyatını itirib, 3-ü ciddi xəsarətlər alıb, 4-nün taleyindən isə hələ bir xəbər yoxdur. Yaralılar və huşunu itirmiş vəziyyətdə aşkarlanan müəllim Qrenobl hospitalına çatdırılıb.
Şagirdlər qrupundan başqa bir neçə digər xizəkçi də qar uçqununun təsirinə məruz qalıb. Axtarış zamanı xilasedicilər tərəfindən bir kişi cəsədi aşkarlanıb. İlkin məlumata əsasən o, Ukrayna vətəndaşıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fransa_Alp_daglarinda_facie-918299

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR