Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cakartada silsilə partlayışlar baş verib

Cakartada silsilə partlayışlar baş verib

Date: 14 January 2016 10:59


Cakarta, 14 yanvar, AZƏRTAC 
Yanvarın 14-də İndoneziyanın paytaxtı Cakartada azı altı partlayış baş verib. Hazırda şəhərdə atışma səsləri eşidilir. Hadisə nəticəsində ən azı altı nəfərin həlak olduğu bildirilir.
Yerli polisin məlumatında qeyd edilir ki, partlayışlardan biri “Sarinah” ticarət mərkəzi yaxınlığında baş verib. Həlak olanlardan birinin polis əməkdaşı olduğu qeyd edilir. Hadisə zamanı qranatlardan istifadə edildiyi, cinayətkarların yaxınlıqdakı binada gizləndikləri ehtimal olunur. Həmin ərazidə BMT nümayəndəliyinin və Mərkəzi Bankın binası yerləşir. Hələlik terror aktının arxasında kimlərin dayandığı məlum deyil.
Digər partlayış “Starbucks” kafesi yaxınlığında baş verib. Kafenin şüşələri sınıb, yaxınlıqda olan üç nəfər həlak olub. Kafenin yerləşdiyi binanın damında gizləndiyi güman olunan cinayətkar polislər tərəfindən hədəfə alınıb.
“Detik” agentliyinin məlumatına görə, partlayışları törədənlərin hələ də Cakartada olduqları güman edilir.
Xatırladaq ki, dekabrın sonlarında İndoneziyada terror aktları törədiləcəyi barədə şayiələr yayılmışdı.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta


Tags:  Cakartada silsilə partlayışlar baş verib


RƏYLƏR


Top news