Köşklərdən oğurluq edən şəxs yaxalanıb

Köşklərdən oğurluq edən şəxs yaxalanıb
11:04 14 Yanvar 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda oğurluqla məşğul olan şəxs tutulub.

 

Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Nəsimi RPİ PPXB və 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Ənvər Əliyev tutulub.

 

Müəyyən edilib ki, o, dekabrın 30-a keçən gecə Moskva prospektində Nəzakət Muradovaya məxsus mağazadan, pəncərənin dəmir barmaqlığını sındırmaqla ərzaq məhsulları və tütün məmulatları, 4-cü mikrorayon H.Seyidzadə küçəsində «Qasid» firmasına məxsus qəzet köşkündən, qapının qıfılını sındırmaqla 2700 manatlıq tütün məmulatı və saqqız, yanvarın 9-a keçən gecə isə A.Məhərrəmov küçəsində Salman Orucova məxsus köşkdən tütün məmulatları oğurlayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228622

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR