Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbayacanlı modelin keçmiş əri toy tarixini açıqladı

Azərbayacanlı modelin keçmiş əri toy tarixini açıqladı

Date: 14 January 2016 11:44

Azərbaycanlı modelin keçmiş ərinin toy tarixi bilindi. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Türkiyədə yaşayıb, işləyən Günay Musayevanın tanınmış aktyor olan keçmiş əri yenidən evlilik yolundadır.

Bir müddətdir ki, Amerikada yaşayan aktyor Tolqa Karel amerikalı sevgilisi Sara Marqaret Skott ilə toyunun tarixini özü açaıqlayıb. Cütlüyün nigahı may ayının 11-də olacaq.

"Sonunda gerçək sevgini tapdığıma inanıram. May ayının 11-də nişanlımla evlənəcəyik. İstanbulda 13 bölümlük bir seriala çəkiləcək. Buna görə də ABŞ-Türkiyə arasında gedib gələcəm".


T.Karel amerikalı sevgilisi ilə


Bir neçə gün öncə Tolqa Karel amerikalı sevgilisi ilə 6 aydır birlikdədir. O, evlilik təklifini Yeni il gecəsində səsləndirib. "Toyu Dominikanda edəcəyik. Bu yerin "Survivor"dan sonra məndə ayrı yeri var".

T.Karel azərbaycanlı model Günay Musayeva ilə evli olub. Onların Cahangir Can adında bir oğlu var. Cütlük ötən il rəsmi sürətdə boşanıb.

G.Musayeva və T.Karel bir neçə il öncə sürpriz bir şəkildə evlənmişdi. Onlar dəfələrlə boşanma məsələsi ilə gündəmə gəliblər. Lakin hər dəfə birlikdə ictimaiyyət arasında görünməklə bu şayiələri təkzib ediblər. Ötən il isə onlar rəsmən ayrıldıqlarını elan ediblər. Cütlüyün ayrılmasına səbəb kimi də T.Karelin xəyanəti göstərilir.


Aktyor keçmiş həyat yoldaşı Günay Musayeva və oğlu ilə


Tags:  azerbaycanli modelin kecmis eri tolga karel gunay musayeva tolga karel sara margaret skot toy tarixi


RƏYLƏR


Top news