1,5 milyard dollar qazanadıracaq lotereya

1,5 milyard dollar qazanadıracaq lotereya
11:12 14 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın ən məşhur lotereyalarından biri olan "Powerball"da 1,5 milyard dollarlıq cekpotla uduşlu lotereya bileti satılıb.

Report TASS-a istinadən xəbər verir ki, lotereyanın təşkilatçıları xoşbəxt biletin Los-Ancelesdə (Kaliforniya ştatı) satıldığını bildirib.

Əvvəllər nə bu, nə də bir başqa lotereyanın cekpotu belə bir böyük məbləğə çatmamışdı.
Qalibin adı isə bir neçə saat ərzində məlum ola bilər.

Lotereyanın şərtlərinə əsasən, 5 ağ şarın və "Powerball" adlanan xüsusi qırmızı şarın nömrələrini tam dəqiqliklə tapan adam qalib elan olunur. 6 şarın hamısının dəqiq tapılması ehtimalı təqribən 1:292 milyon nisbətindədir.

Qaydalara əsasən, qaliblərin iki seçimi olur: ya bütöv cekpotu 29 il ərzində hissə-hissə almaq, ya da birdəfəlik, daha kiçik məbləğ almaq. İkinci halda "daha kiçik" məbləğ ümumi uduşun təxminən yarısına bərabər olur. Ştatlardan asılı olaraq, bu uduş məbləğindən sonradan müxtəlif dərəcəli vergi də tutulur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR