San-Marinonu "Eurovision 2016"da türkiyəli müğənni təmsil edəcək - FOTO

San-Marinonu "Eurovision 2016"da türkiyəli müğənni təmsil edəcək - FOTO
11:12 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"Eurovision 2016" musiqi yarışmasının San-Marino təmsilçisinin adı məlum olub.

Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, keçirilən milli seçim turlarında türkiyəli müğənni Serhat Hacıpaşalıoğlu qalib gəlib.

O, bu il İsveçdə keçiriləcək yarışmada San-Marino adına yarışacaq.

Başqa bir ölkə adına "Eurovision"da yarışacaq ilk türk olmağın qürurunu yaşayan sənətçi ilk olaraq 10 - 12 may tarixlərində yarıfinalda yarışacaq.

Qeyd edək ki, Serhat Hacıpaşalıoğlu 2014-cü ildən Almaniya və Fransada müğənni və teleaparıcı kimi fəaliyyət göstərir.

Onun fransız dilində ifa etdiyi "Je M Adore" mahnısı 5 həftə ərzində 1-ci sırada qərarlaşmışdı.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR