İstanbulu qana bələyən terrorçunun anası erməni imiş

İstanbulu qana bələyən terrorçunun anası erməni imiş
11:37 14 Yanvar 2016
22 Dünya
Ölkə mətbuatı
A- A+

Sultanahmetdəki terroru törədən canlı bomba haqqında yeni məlumatlar əldə edilib. 

Milli.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, yanvar ayının 5-indən etibarən İstanbulda məskunlaşıb.

Aparılan araşdırmalar nəticəsində onun telefon nömrəsi aşkarlanıb. Telefondan gələn siqnala əsasən, o, Türkiyəyə ötən ilin dekabr ayında keçib.

Şübhəlilərin dediyinə görə, onun ayaq barmağının dırnaqları çıxarılıb. O, əvvəlcə Ankarada partlayış törətmək istəyib.

1988-ci il təvəlüdlü Nabil Fadli adlı terrorçunun anasının Brijit adlı erməni olduğu aşkarlanıb.

Qeyd edək ki, yanvar ayının 12-də İstanbulun tarixi hissəsində canlı bombanın törətdiyi partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanmışdı.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/turkey/397769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR