Bakı klubu Azərbaycan çempionatından imtina etdi

Bakı klubu Azərbaycan çempionatından imtina etdi
11:32 14 Yanvar 2016
48 İdman
Ölkə mətbuatı
A- A+

"Rəvan"da vəziyyət heç də ürəkaçan deyil. Maliyyə problemləri ilə üzləşən paytaxt təmsilçisinin futbolçuları məşqə çıxmamaqla etiraz edir. 

Məsələ ilə bağlı rəhbərliklə görüş təyin edilsə də, müsbət nəticə əldə olunmayıb. Deyilənə görə pul yoxdu. Buna görə də AFFA-nın xahişi ilə Premyer Liqa dəvət edilən "Rəvan"ın növbəti mövsümdə elitada olmayacağı istisna deyil. Komandanın Salyanda planlaşdırılan təlim-məşq toplanışı da ləğv edilib. Bundan başqa "sarı-qırmızılar" qış fasiləsini paytaxtda keçirən klublarımızın qatılacağı "CBC Sport" kubokunda iştirak etməkdən də boyun qaçırıb.  

Ancaq iş bununla bitmir. Məlumata görə, "Rəvan"ın aşağı yaş qrupları AFFA bayrağı altında keçirilən bütün yarışlardan da imtina edib. Bakılılar elitanın III dövrəsinə əvəzedici komandanın futbolçuları ilə başlayacaq. Əvəzedicilərdə yaranan boşluq isə U-19-un üzvlərinin hesabına doldurulacaq. 

Futbolçulara isə "kim istəyirsə, gedə bilər" deyilib. Yəni, artıq hər kəs öz başının çarəsinə baxmalıdı. Reallıq budursa, kül Azərbaycan futbolunun başına... Görəsən, futbolun inkişafına dair imzalanan dövlət proqramı Elxan Məmmədovun kabinetindəki çəkməcənin hansı gözündədi? Kağız parçaları otaqda lazımsız qalmaqdansa, ya versin tum satanlara, ya da....(sport7az)

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bak-klubu-azrbaycan-cempionatndan-imtina-etdi-t46783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR