"Rəvan" futbolçularının borclarını hissə-hissə ödəyəcək

"Rəvan" futbolçularının borclarını hissə-hissə ödəyəcək
11:32 14 Yanvar 2016
10 İdman
Ölkə mətbuatı
A- A+

"Rəvan"ın futbolçulara olan əmək haqqı borcları hissə-hissə ödəniləcək. Bu barədə "Report"a klubun vitse-prezidenti İlqar Axundov məlumat verib.


Onun sözlərinə görə, maddi çətinlik olduğundan, noyabr və dekabr ayından qalan borcları bir dəfəyə ödəmək mümkün deyil. Vitse-prezident komandanın ölkə daxilində təlim-məşq toplanışı keçən klubların qatıldığı "CBC Sport Kuboku"ndan imtinasının maliyyə ilə əlaqədar olmadığını söyləyib: "Turnirə qatılmamağımız heyətlə bağlıdı. Əsas heyətin bəzi üzvləri məşqlərə qatılmır və biz də əvəzedicilərdən futbolçular cəlb etmişik. Dünənki məşqimizdə cəmi 15 nəfər olub. Yəni, komanda bir-birinə uyğunlaşmayıb. Bu səbəbdən, turnirə qatılmağı doğru hesab etmədik".


Axundov baş məşqçi Bəhmən Həsənovun istefa vermək istəyinə də münasibət bildirib: "Bəhmən müəllim məşqlərdə olur. Düzdü, çətinliklər var. Düşünürəm ki, o, istefa verməyəcək. Ən azından istefa vermək istəsəydi, bizlə deyərdi".


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrvanquot-futbolcularnn-borclarn-hiss-hiss-odyck-t46782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR