Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vətəndaşların əlillik müayinəsinin nəticəsi barədə məlumat almaq imkanları sadələşdirilib

Vətəndaşların əlillik müayinəsinin nəticəsi barədə məlumat almaq imkanları sadələşdirilib

Date: 14 January 2016 11:33


Bakı, 14 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların Tibbi-Sosial Ekspert Komissiyalarında keçirilmiş əlillik müayinəsinin nəticəsinə dair artıq heç bir autenfikasiya vasitəsinə ehtiyac olmadan, daha rahat və asan formada e-məlumat əldə edə bilmələrinə şərait yaradılıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ötən ay “Elektron hökumət” portalı üzərindən əhalinin istifadəsinə verilən “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidməti istifadəçiyə həmin Komissiyalar tərəfindən aparılmış müayinənin nəticəsi barədə məlumat verməyə xidmət edir. Burada aidiyyəti məlumatlarla tanış olmaq, həmçinin müvafiq çıxarışların bundan öncə kimlər tərəfindən və hansı tarixdə yoxlanılması barədə məlumatlar əldə etmək də mümkündür.
Lakin bu e-xidmətdən faydalanmaq üçün istifadəçinin ilk növbədə müvafiq autenfikasiya vasitəsinə malik olması tələb olunur. Hazırda bir çox şəxslərin belə autenfikasiya vasitəsinə malik olmadıqları nəzərə alınaraq, vətəndaşların portalda qeydiyyatdan keçmədən də, sadələşdirilmiş qaydada qeyd olunan məlumatı əldə edə bilmələrinə texniki imkan yaradılıb. Bunun üçün artıq istifadəçinin portalda autenfikasiyadan keçməsinə ehtiyac yoxdur.
Belə ki, əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış istənilən şəxs “Elektron hökumət” portalına daxil olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətləri sırasından “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidməti seçir. Müvafiq bölmədə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixlərini qeyd etməklə kifayətlənir. Bundan sonra isə keçirilmiş sonuncu müayinənin nəticəsi və növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi (əgər əlillik müddətsiz təyin edilibsə o zaman onun müddətsiz olması) ilə bağlı məlumat əldə edə bilər.

Tags:  Vətəndaşların əlillik müayinəsinin nəticəsi barədə məlumat almaq imkanları sadələşdirilib


RƏYLƏR


Top news