Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nairlikdən İndoneziyadakı vətəndaşlarımıza TÖVSİYƏ

Nairlikdən İndoneziyadakı vətəndaşlarımıza TÖVSİYƏ

Date: 14 January 2016 11:34

Xarici İşlər Nazirliyi İndoneziyada baş vermiş terror aktı nəticəsində bu ölkədə yaşayan azərbaycanlıların zərər çəkmədiyini bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Lent.az-a bildirib ki, ilkin məlumata əsasən Indoneziyada baş vermiş terror aktlarında həlak olan və ya xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşları yoxdur: “Azərbaycan Respublikasının İndoneziyadakı səfirliyi fəaliyyətini davam etdirir və məsələ ilə əlaqədar İndoneziyanın dövlət qurumları ilə təmasdadır.

Səfirlik tərəfindən İndoneziyada daimi əsasda yaşayan Azərbaycan vətəndaşlarına kütləvi yerlərdən kənar durmaları tövsiyə olunub. Azərbaycan Respublikasının İndoneziyadakı Səfirliyində otuza yaxın Azərbaycan vətəndaşı konsulluq qeydiyyatındadır”.


Tags:  Nairlikdən İndoneziyadakı vətəndaşlarımıza TÖVSİYƏ

RƏYLƏR


Top news