Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Avtomobillərlə "ünsiyyət" qurmaq mümkün olacaq

Avtomobillərlə "ünsiyyət" qurmaq mümkün olacaq

Tarix: 14 Yanvar 2016 11:36

 "Microsoft Band 2" adlanan qurğunun köməyi ilə "Volvo" avtomobil sahibləri minik vasitəsilə ünsiyyət qura biləcəklər.

Portativ qurğu və "Volvo on Call" mobil proqramı vasitəsilə avtomobilə naviqasiya sistemini quraşdırmaq, salonun isitmə sistemini işə salmaq, qapıları kilidləmək və s. kimi müxtəlif təlimatlar vermək mümkündür.

"ICTnews" Elektron Xəbər Xidməti "cnews.ru" resursuna istinadən yazır ki, 2015-ci ilin noyabrında "Volvo" və "Microsoft" perspektiv əməkdaşlığa başlayıb.

Bu əməkdaşlıq çərçivəsində şirkətlər birgə səsli idarəetmə funksiyasına malik sözügedən qurğunu təklif edib.

Qeyd edək ki, texnologiyanın bazara 2016-cı ilin yazında çıxarılması gözlənilir.

Nizam Nuriyev
 


Teqlər:  Avtomobillərlə ünsiyyət qurmaq mümkün olacaq



RƏYLƏR


Top xəbərlər