Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qeydiyyatı olmayan pilotsuz uçuş aparatları müsadirə ediləcək

Qeydiyyatı olmayan pilotsuz uçuş aparatları müsadirə ediləcək

Date: 14 January 2016 11:37

Türkiyə Mülki Aviasiya Baş Direktorluğu pilotsuz uçuş aparatlarının ölkə hava məkanında istifadə edilməsinə dair Əsasnamə hazırlayıb.
 
Lent.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, sənədə əsasən, ölkəyə gətiriləcək bütün pilotsuz uçuş aparatlarının elektron qeydiyyata alınması məcburi olacaq. Ölkə daxilində PUA sahibi olanlar da aparatları qeydiyyatdan keçirməlidir. Məqsəd bu tip aparatların qeyri-qanuni məqsədlər və pis niyyətlə istifadəsini əngəlləməkdir.
 
Qeydiyyatsız aparatların uçuşlarına icazə verilməyəcək və polis həmin aparatları müsadirə etmək hüququna malik olacaq.  
 
Türkiyədə təxminən 4 min PUA olduğu bildirilir.

Milli.Az


Tags:  Qeydiyyatı olmayan pilotsuz uçuş aparatları müsadirə ediləcək


RƏYLƏR


Top news