Silahlı şəxs yanacaqdoldurma məntəqəsinə basqın etdi - Azərbaycanda

Silahlı şəxs yanacaqdoldurma məntəqəsinə basqın etdi - Azərbaycanda
11:44 14 Yanvar 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallı rayonunun Sərçuvar kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub.

 

Lent.az-ın "Report"a istinadən məlumatına görə, ov tüfəngi ilə silahlanan maskalı şəxs növbətçini hədələyərək ondan kassada olan pulları verməsini tələb edib. Bu zaman yanacaqdoldurma məntəqəsinə avtomaşının yaxınlaşması onun planını pozub. Qarətçi qaçaraq hadisə yerindən uzaqlaşıb. Masallı Rayon Polis Şöbəsinə (RPŞ) daxil olan məlumat əsasında yaradılan əməliyyat qrupu hadisəni törətməkdə şübhəli bilinən bir nəfər şəxsi saxlayaraq istintaqa təhvil verib.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR