Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Olimpiya çempionu atasını yıxdı, təpiklədi - FOTO

Olimpiya çempionu atasını yıxdı, təpiklədi - FOTO

Date: 14 January 2016 11:47

Supernəhəng slalomda Olimpiya çempionu olan amerikalı dağ xizəkçisi Pikabo Strit həbs olunub. O, ailə zorakılığında suçlanır.

Hadisə ABŞ-ın Yuta ştatındakı Park Siti şəhərində baş verib.

Milli.Az The Solt Lake Tribune-a istinadən bildirir ki, 44 yaşlı məşhur idmançı 76 yaşlı atası Roland Striti döyüb. Pikabo əvvəlcə atasını yumruqlayıb, sonra onu pilləkəndən itələyərək yıxıb. Yerə sərilmiş qocanı təpikləyəndən sonra Pikabo atasını zirzəmiyə salaraq qapını bağlayıb.

P.Stritin atası kəllə-beyin travması və xəsarətlər alıb. Baş verənləri məşhur İdmançının üç övladı görüblər.

P.Strit ittihamları rədd edir. Onun məhkəmə prosesi ilə bağlı ilk dinləmələr fevralın 16-da olacaq. İdmançını 2 il həbs gözləyir.

Pikabo Strit 1998-ci ildə Naqano Qış Olimpiya Oyunlarında qızıl, 1994-cü ildə Lillihammerdəki Olimpiya oyunlarında isə gümüş medal alıb, iki il sonra dünya çempionu tituluna yiyələnib.

Milli.Az








Tags:  Olimpiya çempionu atasını yıxdı təpiklədi FOTO

RƏYLƏR


Top news