Yüksək sürət qəzaya səbəb oldu (VİDEO)

Yüksək sürət qəzaya səbəb oldu (VİDEO)
11:56 14 Yanvar 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxt Bakının Nərimanov rayonu ərazisində avtomobil qəzası qeydə alınıb.

ANS TV-nin məlumatına görə, hadisə Ziya Bünyadov prospektində baş verib. 21 yaşlı Niyaz Bədiyevin idarə etdiyi "VAZ 2107" markalı avtomobili ilə 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olarkən yol kənarında dayanan Əsgər Əsgərova məxsus “Mercedes” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən avtomobillər deformasiyaya uğrayıb. Jiqulinin zərbəsinə tuş gələn “Mersedes” isə, yol ötürücüsünün məhəccərinə çırpılıb.

Hadisə vaxtı "VAZ 2107" də olan sərnişinlər 22 yaşlı Elman Hüseynov və Nicat Abbaslı xəsarətlər alıblar. Onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıblar.

Hadisə yerinə polis əməkdaşları gəliblər. Sürücülərin ifadələri alınıb. Qəzanın baş verməsinin əsas səbəblərdən biri də Jiqulinin sürücüsünün sürət həddini aşması göstərilir.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369687

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR