Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Gecə küçə təmizləyənlərdən ağır iş görürsünüz?"

"Gecə küçə təmizləyənlərdən ağır iş görürsünüz?"

Date: 14 January 2016 12:10

Aparıcı Sərxan Kərəmoğlu toya baha qiymətə gedən tanınmışları qınayıb. 

Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl toy qiymətini 370 manata endirən aparıcı məşhurlara müraciət edib:

"Əziz dostlar, çox fikirlər var bilirəm, hər kəsin dediyinə də hörmətlə yanaşıram. Əgər sənət dostlarımızdan başqa-başqa yerlərdə neqativ fikirlər yayılırsa, o zaman belə sözlərə üzülməyə dəyməz. Dövlətimizi, xalqımızı çox sevirəm. Bir şeyi anlamaq çoxmu çətindi? İstər bu aylarda, istərsə də gələcəkdə ayda 4 və ya 5 toy olarsa, min şükür deyirik.

Sonra da qiymətləri adi insanlar üçün çox baha edirik. Ola bilməz ki, bu qiymətləri ucuz edək, hər gün işləyək? Çoxmu ağır iş görürük? Boş-boş fikirlər yazanlara demək istəyirəm ki, daş karxanalarında, neft daşlarında, gecə küçələri süpürüb təmizləyənlərdən bizim işimiz çox ağırdı? Yox... Tək fərqimiz tanınmağımız və məşhur olmağımızdır. Bizi də bu səviyyəyə çatdıran onlardı, bu xalqdı... Neqativ fikirli insanları nəzərə almayın".


Tags:  aparici serxan keremoglu serxan keremoglu toy serxan keremoglu toy qiymetleri

RƏYLƏR


Top news