Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Yaponiyanın şimalında 6,7 bal gücündə zəlzələ olub

Yaponiyanın şimalında 6,7 bal gücündə zəlzələ olub

Xəzərdə zəlzələ oldu (25 Mart 2017 14:43)
Xəzərdə zəlzələ olub (25 Mart 2017 14:05)
Yaponiyada zəlzələ baş verib (24 Mart 2017 23:18)

Tarix: 14 Yanvar 2016 12:08


Tokio, 14 yanvar, AZƏRTAC
Yanvarın 14-də Yaponiyanın şimalında 6,7 bal gücündə zəlzələ olub. Milli Meteorologiya Agentliyinin məlumatına əsasən, yeraltı təkanların episentri Hokkaydo prefekturası ərazisində, ocağı 50 kilometr dərinlikdə yerləşib. Sunami təhlükəsi elan olunub. Hazırda dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.
Meteoroloqların bildirdiyinə görə, sunami dalğaları regionda qabarmaların səviyyəsini qismən dəyişsə də, sahil ərazilərində dağıntılara səbəb olmayacaq. Bununla yanaşı, yerli sakinlərdən sahildən maksimum uzaqlaşmaq xahiş olunub.
Hazırda “Hokkaido Electric Power” enerji şirkəti zəlzələdən sonra atom elektrik stansiyalarında vəziyyəti təhlil edir. Yeraltı təkanlar nəticəsində Sapporo şəhərində iki yaşlı qadının xəsarət aldığı bildirilir.
Zəlzələ paytaxt regionu da daxil olmaqla ölkənin şimalında yerləşən 13 prefekturada hiss olunub.
“East Japan Railway” dəmir yolu şirkətinin məlumatına görə, yeraltı təkanlar nəticəsində şimal istiqamətində hərəkət edən sürətli “Şinkansen” qatarlarının hərəkəti də dayandırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Teqlər:  Yaponiyanın şimalında bal gücündə zəlzələ olub



RƏYLƏR


Top xəbərlər